logo

İran generalı:Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək

17:29 17-08-2019 | icon 2611
İran generalı:Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək

İranın Hörmüz boğazındakı hərbi donanması daha da gücləndirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun Komandan müavini, general Əli Fədavi bəyan edib.  O,qeyd edib ki, xarici qüvvələrin müharibə hədələrinə qarşı olaraq İran boğazdakı hərbi iştirakının əhatəsini genişləndirib.

Əli Fədavi müharibə məqsədi ilə boğaza daxil olan istənilən hərbi gəminin məhv ediləcəyini bildirərək deyib: “Müharibə məqsədi ilə bura gəmi göndərən dövlətlər peşman olacaqlar”.

General qeyd edib ki, ABŞ 40 ildir İranı sınağa çəkir. Amma özü bu sınaqlardan dərs götürmür.

"İran min illiklər boyu Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək. Bu regionda sabitliyi pozmağa çalışan dövlət qarşısında İranı görəcək",-deyə general vurğulayıb.