logo

"Qarabağ" Premyer Liqada yeni mövsümə qələbə ilə başlayıb

23:48 16-08-2019 | icon 3178
"Qarabağ" Premyer Liqada yeni mövsümə qələbə ilə başlayıb

Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib.

YeniAvropa xəbər verir  ki, sayca 28-ci milli çempionatın açılış matçında "Keşlə" "Qarabağ"ı qəbul edib.

Mərdəkandakı "Dalğa Arena"da keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb. Fasilədən sonra meydana Ruslan Qurbanovun yerinə daxil olan Emin Mehtiyev 74-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. 

Ardınca isə Ağdam təmsilçisinin start heyətindəki ən gənc futbolçu İsmayıl İbrahimli fərqlənib. 21 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə rəqib qapısına yol tapıb və yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, son çempion ötən mövsümü axırıncı pillədə başa vuran rəqibini üstələyərək Premyer Liqada yeni yarışa qələbə ilə başlayıb.

Qeyd edək ki, ilk turda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı avqustunda 17-də, "Səbail" - "Zirə" görüşü avqustun 18-də, "Neftçi" - "Sabah" qarşılaşması isə avqustun 19-da olacaq.