logo

Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

22:49 16-08-2019 | icon 2716
Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq. Bu məsələ artıq hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasında müzakirə olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan mətbuatında məlumat yer alıb.

Məlumatlara əsasən, hazırkı daxili işlər naziri Qeorgi Qaxaria baş nazir, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi məsələlər üzrə katibi, keçmiş baş nazir İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq. Hazırkı baş nazir Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı bildirilir.

Baş nazir Mamuka Baxtadze dəyişikliklər barədə məlumatları şərh edərkən deyib: “Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir. Hökumət parlamentə yenilənmiş proqram təqdim edəcək və dəyişikliklər həmin proqramdan asılı olacaq. Biz nəticələrə hədəflənmişik. 2020-ci il seçkiləri ilə bağlı parlamentə proqram təqdim olunacaq. İstənilən kadr dəyişikliyi həmin proqrama əsasən həyata keçiriləcək”.

Qeyd edək ki, parlamentdə çoxluğu təşkil edən fraksiyanın lideri Gia Volski hökumətdə dəyişikliklərin olacağını istisna etməyib.

Bəzi məlumatlara görə, hökumətdə kadr dəyişiklikləri sentyabr ayı ərzində baş verəcək.