AQTA Xırdalandakı qənd sexini bağladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən növbəti monitorinqlər zamanı AQTA əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.
İlkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Müəssisənin istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısının alınması məqsədilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.
Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda, məlum olunub ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə yerləşdirilir.
Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir