logo

Keçmiş məhkum Gəncədə silsilə oğurluqlar edib

18:55 16-08-2019 | icon 2457
Keçmiş məhkum Gəncədə silsilə oğurluqlar edib

Gəncədə silsilə oğurluqlar edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, bu ilin yanvar-iyul aylarında Gəncə şəhəri ərazisində iki evdən 80 manat pul və spirtli içki, habelə bir yardımçı təsərrüfatdan iki ev quşu, bir evin həyətindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.