logo

İlham Əliyev İndoneziya prezidentini təbrik edib

17:50 16-08-2019 | icon 2520
İlham Əliyev İndoneziya prezidentini təbrik edib

Prezident İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyirəm".