logo

Yarım ildə Azərbaycanda  66 min 687 körpə doğulub

14:53 16-08-2019 | icon 2576
Yarım ildə Azərbaycanda  66 min 687 körpə doğulub

Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 66 min 687 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb.

Dövlət Statistika Komitəsindən  YeniAvropa-ya bildiriblər ki, doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəmdir.

Həmçinin bu ilin yanvar-iyun aylarında ölkədə 28 min 745 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.