logo

Latviya Azərbaycana yeni səfir tətin edib

12:21 16-08-2019 | icon 2534
Latviya Azərbaycana yeni səfir tətin edib

Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.

Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdə ölkəsini təmsil edib.

Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya prezidentinin etimadnaməsi təqdim olunub.