Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edilir.
Yazıda daha sonra E.Quliyev bildirir ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.
General-polkovnik vurğulayır ki, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib: “Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti və qəhrəmanlıqları dayanır.
Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!
2016-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edildi, bununla da hərbi qüdrətimiz bütün dünyaya nümayiş etdirildi. Bu döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirakı, ümumi qələbənin əldə olunmasına ciddi töhfə vermələri hər bir Azərbaycan sərhədçisinin qürur yeri, Azərbaycanın sərhəd mühafizəsi tarixinin daha bir şanlı səhifəsidir!”.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb