logo

Bu gün Azərbaycan Premyer Liqası start görürür

10:07 16-08-2019 | icon 3024
Bu gün Azərbaycan Premyer Liqası start görürür

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.

YeniAvropa xəbər verir ki, sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion “Qarabağ” ötən mövsümü axırıncı yerdə bitirən “Keşlə”nin qonağı olacaq. Görüş "Dalğa Arena"da baş tutacaq.

İlk turda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də, “Səbail” – “Zirə” görüşü avqustun 18-də, “Neftçi” – “Sabah” oyunu isə avqustun 19-da olacaq.