logo

UEFA Avropa Liqası: “Bney Yehuda”-“Neftçi” oyunu başladı

21:01 15-08-2019 | icon 3199
UEFA Avropa Liqası: “Bney Yehuda”-“Neftçi” oyunu başladı

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda”-“Neftçi” oyunu başlayıb.

 YeniAvropa xəbər verir  ki, Petah Tikvadakı “Ha Moshava” stadionunda oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, M.Mbodj, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Kane, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxıb.

Meydan sahiblərinin heyətində isə Emiliyus Zubas, Din Mori, Daniel Felczer, Amir Rustom, Şay Mazor, Avişay Koen, İsmaila Soro, Tambi Saqas, Dor Yan, Mohammed Qadir və Alban Pnişi yer alıblar.

Cavab qarşılaşmasının baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edirlər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirir.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoyadır.

Qeyd edək ki, “Neftçi” komandası “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.