logo

UEFA Avroliqa: “Neftçi” bu gün İsraildə cavab görüşünə çıxır

17:59 15-08-2019 | icon 3360
UEFA Avroliqa: “Neftçi” bu gün İsraildə cavab görüşünə çıxır

Avqustun 15-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

 YeniAvropa xəbər verir  ki,  paytaxt təmsilçisi İsraildə “Bney Yehuda” klubunun qonağı olacaq.

Qarşılaşmasının baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Onu da xatırladaq ki, avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

Yeri gəlmişkən, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.