logo

Abşeronda avtoqəzada 1 nəfər ölüb

17:10 15-08-2019 | icon 3752
Abşeronda avtoqəzada 1 nəfər ölüb

Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb.

Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində Abşeron rayonu ərazisində baş verib.

YeniAvropa xəbər verir  ki, 1993-cü il təvəllüdlü Xəlilli Sənan İlham oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıda gedən “Tatra” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.