logo

Elektriklə işləyən ilk təyyarə Norveçdə qəzaya uğrayıb

17:11 15-08-2019 | icon 2849
Elektriklə işləyən ilk təyyarə Norveçdə qəzaya uğrayıb

Elektrik mühərriki ilə işləyən ilk təyyarə Norveçin cənubundakı Arendal şəhəri yaxınlığında qəzaya uğrayaraq gölə düşüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Alpha Electro G2” modelli təyyarə Sloveniyanın “Pipistrel” şirkəti tərəfindən istehsal olunub.

Yerli jurnalistlər qeyd edirlər ki, təyyarənin qəza səbəbi hələ məlum deyil, lakin hadisə yerində çəkilən fotoşəkillərdən gölə düşən təyyarənin qismən suda batdığı aydın görünür.

Qeyd edək ki, təyyarənin sərnişini Norveçin bələdiyyələr və müasirləşdirilmə işləri üzrə dövlət katibi Osse Marte Xorriqmo olub.

Elektriklə işləyən təyyarənin məxsus olduğu “Avinor” şirkəti, həmçinin, Norveçin mülki hava limanlarının əksəriyyətini idarə edir. Ötən il şirkət artıq 2025-ci ildə elektrik mühərriki ilə işləyəcək təyyarələrdə kommersiya sərnişin reyslərini görməyə ümidvar olduğunu bəyan etmişdi. Bununla yanaşı, şirkətdə artıq bu təyyarə qəzasının onların fəaliyyətinə mənfi təsir edəcəyini təsdiqləyiblər.

Norveç hökuməti daha əvvəl şirkətdən krallıqdakı bütün aviasiyanın 2040-cı ilədək elektrikləşdirilməsi proqramının işlənib hazırlanmasını xahiş edib.