logo

“Buta Airways” Bakıdan Tehrana uçan sərnişinlərə müraciət edib

16:13 15-08-2019 | icon 2576
“Buta Airways” Bakıdan Tehrana uçan sərnişinlərə müraciət edib

2019-cu il sentyabrın 1-dən etibarən “Buta Airways”in Tehran istiqamətində olan bütün reysləri “İmam Xomeyni” beynəlxalq hava limanının (IKA) yeni “Salam” terminalına həyata keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə  “Buta Airways”in yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, biletləri əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaq.

Qeyd edək ki, Tehrana uçuşlar hər gün həyata keçirilir.