logo

Qubada narkotik alveri ilə məşğul olan dəstə üzvləri saxlanılıb

15:51 15-08-2019 | icon 2569
Qubada narkotik alveri ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Quba rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərindən keçirilən axtarış zamanı ondan 2 büküm, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 büküm heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.