logo

Təyyarə qağayıyla toqquşdu: 23 nəfər yaralandı

11:51 15-08-2019 | icon 2709
Təyyarə qağayıyla toqquşdu: 23 nəfər yaralandı

Moskva ətrafındakı “Jukovsk” aeroportunda təyyarə qəza enişi edib. Hadisə nəticəsində 23 nəfər yaralanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,Moskvadan Simferopola uçan “Airbus A321” təyyarəsi havaya qalxarkən qağayılarla toqquşub və mühərrikdə yanğın baş verib.

Təyyarə qarğıdalı sahəsinə məcburi qəza enişi edib. Nəticədə 23 nəfər yaralanıb. Yaralananlar arasında 9 uşaq var.