logo

Dünya çempionatında qadın güləşçilərimizin rəqibləri müəyyənləşib

21:48 14-08-2019 | icon 2975
Dünya çempionatında qadın güləşçilərimizin rəqibləri müəyyənləşib

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.

 YeniAvropa xəbər verir ki, avqustun 15-də, yarışların dördüncü günündə 53, 57, 62, 65 və 72 kiloqramda çıxış edən qadın güləşçilər mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və rəqiblər müəyyənləşib.

Səkkizdəbir finalda güləşçimiz Jalə Əliyeva (62 kq) yaponiyalı Yuzuka İnaqaki, Ceyla Nağızadə (65 kq) isə ukraynalı Oksana Çudik ilə mübarizə aparacaq.