logo

Azərbaycan cari ildə ən çox sveçrədən məhsul idxal edib

20:15 14-08-2019 | icon 2737
Azərbaycan cari ildə ən çox sveçrədən məhsul idxal edib

Azərbaycan cari ilin yanvar-iyul aylarında ən çox İsveçrədən məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən  YeniAvropa-ya bildirilib ki, ötən yeddi ay ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub. İsveçrədən idxalın dəyəri 1 milyard 190 milyon 470 min ABŞ dolları, Rusiyadan 1 milyard 183 milyon 761 min dollar, Türkiyədən isə 816 milyon 44 min dollar təşkil edib.