logo

Biləcəri deposunda faciə: işçi 2 qatarın arasında sıxılaraq öldü

18:20 14-08-2019 | icon 3675
Biləcəri deposunda faciə: işçi 2 qatarın arasında sıxılaraq öldü

“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

 YeniAvropa  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinə istinadla xəbər verir ki, avqustun 14-də səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, hal şahidlərinin ifadələrinə görə isə Əli Məmmədzadənin depoda iki qatarın arasında qalaraq, sıxılma nəticəsində öldüyü bildirilir.