logo

2019-cu ildə Azərbaycana  23 minədək avtomobil  idxal olunub

17:47 14-08-2019 | icon 2905
2019-cu ildə Azərbaycana  23 minədək avtomobil  idxal olunub

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 974 olub.

Dövlət Gömrük Komitəsindən  YeniAvropa-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 800-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1943-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.