logo

"Evro-2021" seçmə mərhələsi: Azərbaycan Fransa millisinə qarşı

11:32 14-08-2019 | icon 518
"Evro-2021" seçmə mərhələsi: Azərbaycan Fransa millisinə qarşı

Avqustun 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

AFFA-dan YeniAvropa-ya bildiriblər ki, komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2021-ci ildə Macarıstan və Sloveniyada keçiriləcək. İlk dəfə olaraq finalda 16 komanda əsas mükafat uğrunda mübarizə aparacaq. Belə ki, bundan əvvəl keçirilən 2017 və 2019-cu ilin çempionatlarının finalında 12 komanda iştirak edib. 

Ev sahibi olaraq Macarıstan və Sloveniya yığmaları avtomatik olaraq finala vəsiqə qazanıblar. Qalan 14 komanda isə 9 yarımqrupda mübarizə aparacaq. Qrup bininciləri və 5 ən yaxşı qrup ikincisi finala vəsiqə qazanacaqlar.