logo

Almazbek Atambayev ömürlük həbs cəzasına məhkum edilə bilər

23:51 13-08-2019 | icon 2793
Almazbek Atambayev ömürlük həbs cəzasına məhkum edilə bilər

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev ağır cinayətlərdə günahlandırılaraq adam öldürmə maddəsi ilə təqsirli bilinir. Bunun üçün o, ömürlük həbs cəzasına məhkum edilə bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə ölkənin baş prokurorluğunun idarə rəisi Zamir Beyşekeev məlumat verib.

Onun sözlərinə görə, sabiq prezident son hadisələrlə bağlı kütləvi iğtişaşlar törətmək və hökumət qüvvələrinə güc tətbiq etmə maddələri ilə günahlandırılır.

Son ixtişaşlardan əvvəl Almazbek Atambayev korrupsiya və “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunurdu.

Xatırladaq ki, bir qədər əvvəl yerli mətbuatda sabiq prezident Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulması barədə xəbər yayılıb. Bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib. O deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.