logo

Bakıda hind rəqslərindən ibarət konsert olacaq

23:31 13-08-2019 | icon 714
Bakıda hind rəqslərindən ibarət konsert olacaq

Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Hindistan rəqs gecəsi təşkil ediləcək.

Muğam Mərkəzindən YeniAvropa-ya bildirilib ki, Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə nağılvari hind rəqsləri təqdim olunacaq. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı Səfirliyi və Hindistan- Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunacaq.