logo

“Qarabağ” UEFA Çempionlar Liqası ilə vidalaşdı

22:52 13-08-2019 | icon 3283
“Qarabağ” UEFA Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.

YeniAvropa xəbər verir  ki, qarşılaşma kiprlilərin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətə görə “Qarabağ”  UEFA Çempionlar Liqası ilə vidalaşsa da , Avrokuboklarda mübarizəni davam etdirəcək. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək. Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.