logo

Türkiyə-Azərbaycan birbaşa hava dəhlizi açılır

19:28 13-08-2019 | icon 2800
Türkiyə-Azərbaycan birbaşa hava dəhlizi açılır

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib.

O, bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır.

Hüseyin Keskin hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunduğunu qeyd edib.

Bildirilib ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.