logo

İran yeni hərbi texnikasını təqdim edib

17:44 13-08-2019 | icon 210
İran yeni hərbi texnikasını təqdim edib

Avqustun 13-də İranın müdafiə nazirinin iştirakı ilə yeni istehsal olunan hərbi texnikanın təqdimatı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İranın müdafiə sənayesi “Rəəd” və “Əras” tipli zirehli avtomobili istehsal edərək Müdafiə Nazirliyinə təqdim edib.

Mərasimdə çıxış edən İranın müdafiə naziri general Əmir Xətami qeyd edib ki, bu hərbi maşınlar tam olaraq İranın milli istehsalıdır. Avtomobillərin heç bir detalı xaricdən gətirilməyib. Onun sözlərinə görə, bu zirehli maşınlar minaya düşərkən sıradan çıxmır. Səhralıq və bataqlıqda sərbəst hərəkət etmək imkanına malik olan avtomobillər İran ordusunun qüdrətini daha da artıracaq.

Xatırladaq ki, son dövrlər İran müdafiə sənayesi bir neçə hərbi texnika istehsal edərək milli orduya verib. Bunların arasında yeni radar və raket sistemləri də var.