logo

FHN “Binə” ticarət mərkəzindəki  yanğın barədə açıqlama verdi

11:59 13-08-2019 | icon 3703
FHN “Binə” ticarət mərkəzindəki  yanğın barədə açıqlama verdi

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı aşıqlamada bildirilir. Qeyd edilir ki, bitişik digər anbarlar yanğından mühafizə olunub.

Xatırladaq ki, bu gün səhər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.