logo

Həştərxan-Bakı aviareysinin açılması işgüzar əlaqələri genişləndirib

21:42 12-08-2019 | icon 2723
Həştərxan-Bakı aviareysinin açılması işgüzar əlaqələri genişləndirib

Həştərxan ilə Bakı arasında aviareysin açılması işgüzar əlaqələrin genişlənməsinə səbəb olub.

YeniAvropa xəbər verir  ki, bu fikri Həştərxan qubernatorunun vəzifəsini icra edən İqor Babuşkin Birinci Xəzər İqtisadi Forumunda çıxışı zamanı səsləndirib. Qeyd edib ki, Həştərxan ilə Bakı və Aktau arasında birbaşa aviareyslərin açılması nəticəsindəölkələr arasında  işgüzar əlaqələr genişlənib. O, Həştərxan aeroportundan Türkmənistan və İran paytaxtlarına, eləcə də Qazaxıstanın Atırau şəhərinə birbaşa aviasiya reyslərinin açılmasını təklif edib. İ.Babuşkinin fikrincə, bu, biznes əlaqələrinin möhkəmlənməsinə təkan verə bilər.