logo

Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilib

18:29 12-08-2019 | icon 2261
Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilib

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında yüksək səviyyəli görüş başqa vaxta keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bəyan etmişdi ki, Rusiya, İran və Azərbaycan prezidentləri arasında növbəti görüş avqust ayının 14-də Soçi şəhərində baş tutacaq.