logo

İnşaat binası çökdü: üç fəhlə öldü

16:53 12-08-2019 | icon 2821
İnşaat binası çökdü: üç fəhlə öldü

Tailandın turizm mərkəzlərindən olan Puket adasında inşası davam edən ikimərtəbəli binanın çökməsi nəticəsində üç fəhlə ölüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlərin hər üçü Myanmadan olan mühacir fəhlələrdir.

Hadisə yerində axtarış işləri davam etdirilir. Hələlik qəzanın başvermə səbəbləri dəqiq bilinmir.