logo

"Bney Yehuda"-"Neftçi" matçını italiyalı hakimlər briqadası idarə edəcək

21:50 11-08-2019 | icon 3220
"Bney Yehuda"-"Neftçi" matçını italiyalı hakimlər briqadası idarə edəcək

İsraildə "Bney Yehuda" və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

 YeniAvropa xəbər verir  ki, Petah Tikva şəhərində təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 15-də "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.