logo

Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb

16:30 11-08-2019 | icon 2842
Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib.Qeyd edilib ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam etdirilir.

Bundan əlavə, Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.