logo

İki şahmatçımız Avropa çempionu oldu

11:13 11-08-2019 | icon 5299
İki şahmatçımız Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa birinciliyi başa çatıb.

YeniAvropa xəbər verir  ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Ayan Allahverdiyeva 14, Dinarə Hüseynova 8 yaşlılar arasında ən yüksək nəticə göstərərək qitə birinciliyinin qalibi olublar. Digər təmsilçilərimiz Səadət Bəşirli (8 yaş, 7,5 xal) ikinci, Cahandar Azadəliyev (10 yaş, 7,5 xal), Yusif Kərimli (8 yaş, 7 xal) üçüncü yerləri tutublar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.