logo

İran ABŞ-ın koalisiya yaratmaq cəhdindən narahat deyil

19:27 10-08-2019 | icon 2611
İran ABŞ-ın koalisiya yaratmaq cəhdindən narahat deyil

ABŞ-ın İrana qarşı koalisiya yaratmaq cəhdi rəsmi Tehran tərəfindən birmənalı qarşılanmayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İran körfəzdə öz təhlükəsizliyini təmin etməkdə tərəddüd etməyəcək.

O, körfəzin İranın milli təhlükəsizliyində prioritet təşkil etdiyini bildirib. M.Zərif qeyd edib ki, körfəz region dövlətlərinə həyat verən şah damardır və İran uzun müddətdir dəniz nəqliyyatının təhlükəsizliyinə təminat verib.

Xatırladaq ki, ABŞ-ın hərbi gəmilərinin körfəzə daxil olması rəsmi Tehranın narahatlığına səbəb olub. Nazir hesab edir ki, hərbi gəmilərin körfəzə daxil olması İrana təzyiqləri artırmaq xarakteri daşıyır. Onun sözlərinə görə, İranın hərbi donanması ABŞ-ın istənilər təxribatının qarşısını alacaq və hərbi münaqişənin məsuliyyəti rəsmi Vaşinqtonun üzərinə düşəcək.

İranın Böyük Britaniyaya məxsus neft tankerini saxlamasının nəticəsi olaraq rəsmi London da ABŞ-ı dəstəkləməyə başlayıb. İran mətbuatının yazdığına görə, ABŞ-ın ardınca Böyük Britaniyada nüvə razılaşmasından çıxmağa hazırlaşır ki, bu da qarşıdurmanın daha da şiddətlənməsinə gətirib çıxaracaq.

Lakin bütün bunlara baxmayaraq, İran öz siyasətini dəyişməyəcəyini, nüvə tədqiqatlarını davam, raket proqramını isə inkişaf etdirəcəyini bəyan edir.