logo

Kiprin türk və yunan luiderləri BMT-nin baş katibi görüşəcəklər

11:47 10-08-2019 | icon 2751
Kiprin türk və yunan luiderləri BMT-nin baş katibi görüşəcəklər

Kipr adasının türk icmasının lideri Mustafa Akıncı və yunan icmasının lideri Nikos Anastasiadis arasında növbəti görüş keçirilib.

 YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, adanın neytral ərazisində yerləşən BMT-nin nümayəndəliyində keçirilən görüşdə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlar axtarışı və digər mübahisəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə görüş keçirməyə dair ilkin razılıq əldə olunub.