logo

Paytaxtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

10:51 10-08-2019 | icon 3640
Paytaxtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa -ya bildiriblər ki, hadisə binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı və mənzilin eyvanında dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyünün bir hissəsi yararsız hala düşüb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.