Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Bişkekdə Forum binasındakı ofisi möhürlənib.
YeniAvropa xəbər verir ki,bu barədə "RİA Novosti" agentliyi Atambayevin müşaviri Gündüz Joldubayevaya istinadən məlumat yayıb.
Məlumatda deyilir: “Forum binası möhürlənib. Ona həbs qoyulub”.
Bundan əlavə, qırğız xüsusi təyinatlıları eks-prezidentin sahibi olduğu “Aprel” telekanalının binasına girib və jurnalistlərdən binanı tərk etmələrini tələb ediblər. Onlara bildirilib ki, bu binaya da həbs qoyulub.