logo

Qırğız müxalifətinin lideri ölkəyə qayıtdı

21:47 09-08-2019 | icon 2828
Qırğız müxalifətinin lideri ölkəyə qayıtdı

Qırğızıstanın müxalifət partiyasının lideri Omurbek Babanov ölkəyə qayıdıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Sputnik Qırğızıstan” agentliyi məlumat yayıb. Bildirilir ki, bu gün yerli vaxtla saat 14:40-da müxalifətçinin uçduğu təyyarə Bişkekin “Manas” hava limanına enib.

Hava limanında onu yüzlərlə tərəfdarı qarşılayıb.

Xatırladaq ki, 2017-ci ilin prezident seçkilərində Omurbek Babanov ikinci olub və bundan sonra ölkədən gedərək, siyasəti tərk edəcəyini açıqlayıb.

Bu ilin aprelində Babanov Qırğızıstana qayıtmaq istəyib. Lakin Milli Təhlükəsizlik Komitəsi ona cinayət işlərini xatırladıb.