logo

Güləşçimiz erməni dünya çempionuna qalib gələrək finala yüksəlib

20:30 09-08-2019 | icon 3066
Güləşçimiz erməni dünya çempionuna qalib gələrək finala yüksəlib

Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-Pri" turniri davam edir.

YeniAvropa xəbər verir ki, yarışların üçüncü günündə 86, 97, 125 kq çəki dərəcələrində sərbəst və 82, 97 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

82 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib. Rafiq Hüseynov Ermənistan təmsilçisi, dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə - 9:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Elvin Mürsəliyev isə yarımfinalda uduzub. O, üçüncü yer uğrunda mübarizə aparacaq.

Pəhləvanlarımızdan Orxan Nuriyev (97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib. Yarımfinalda uduzan Beka Kandelaki (130 kq) isə bürünc medal uğrunda yarışacaq.

Sərbəst güləşçilərimizdən Hacımurad Məhəmmədsəidov (86 kq) adını finala yazdırıb.

Bu çəki dərəcələrində medal qarşılaşmaları avqustun 10-da keçiriləcək.