logo

Qırğızıstanda keçmiş prezidentin tərəfdarları həbs edilir

13:25 09-08-2019 | icon 2674
Qırğızıstanda keçmiş prezidentin tərəfdarları həbs edilir

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin işlədiyi dövrdə prezident Aparatının rəhbəri olan Fərid Niyazov, sabiq dövlət başçısının müşaviri Kunduz Joldubaeva, deputatlar İrina Koromuşkina və Asel Koduranova həbs olunublar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  onlar Almazbek Atambayevin iqamətgahı olan Koy-Taş kəndində xüsusi təyinatlıları girov saxlamaqda günahlandırılırlar.

Qırğızıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Almazbek Atambayevin tərəfdarlarından olan 40 nəfər saxlanılıb.