logo

Sabiq prezident Almazbek Atambayev avqustun 26-dək həbsdə saxlanacaq

11:59 09-08-2019 | icon 2905
Sabiq prezident Almazbek Atambayev avqustun 26-dək həbsdə saxlanacaq

Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin avqustun 26-dək həbsdə saxlanması ilə bağlı qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu haqda jurnalistlərə eks-prezidentin vəkili Sergey Slesarev məlumat verib. O deyib ki, sabiq prezident Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsində saxlanılır. S.Slesarev bildirib ki, Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad olunması, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. Son məlumata görə, eks-prezidentin həbsi ilə bağlı əməliyyatda 98 nəfər yaralanıb.