logo

"Neftçi" son saniyələrdə məğlubiyyətdən yaxa qurtardı

22:59 08-08-2019 | icon 3185
"Neftçi" son saniyələrdə məğlubiyyətdən yaxa qurtardı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" komandası oyunun son saniyələrində "Bney Yehuda"nın qapısına yol taparaq hesabı bərabərləşdirib.

YeniAvropa xəbər verir  ki, "Dalğa Arena"da keçirilən oyunda bakılılar 90+5-ci dəqiqədə Namiq Əkəsgərovun qolu ilə hesabı bərabərləşdiriblər - 2:2. Bu qol sayəsində "Neftçi" məğlubiyyətdən xilas ola bilib.

Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" qarşılaşmasının 26-cı dəqiqəsində Tambi Saqas hesabı açdı 0-1. Bundan təqribən 10 dəqiqə sonra, 36-cı dəqiqədə isə Məhəmməd Qədir 2-ci topu "Neftçi"nin qapısından keçirdi: 0-2.

"Neftçi"nin legioneri Stiven Jozef-Monroz matçın 42-ci dəqiqəsində hesab arasındakı fərqi azaltdı: 1-2. Oyunun 1-ci hissəsi bu hesabla başa çatıb.

Xatırladaq ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra İsraildə olacaq. Bu cütün qalibi Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq.