logo

“Gürcüstan Bankı”nın filialına silahlı basqın olub

21:49 08-08-2019 | icon 2618
“Gürcüstan Bankı”nın filialına silahlı basqın olub

Tbilisinin mərkəzində “Gürcüstan Bankı”nın filialına silahlı basqın olub.

YeniAvropa xəbər verir  ki, bu barədə yerli “Rustavi 2” televiziya kanalı məlumat yayıb. Xəbərdə bildirilib ki, silahlı şəxslər bankın paytaxtın Çitaya meydanındakı ofisinə basqın ediblər.

Bankdan nə qədər pul oğurlandığı və xəsarət alanlar barədə məlumat verilmir. Qarətçilər hadisə yerindən qaça biliblər.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.