logo

Referimiz UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

20:15 08-08-2019 | icon 3031
Referimiz UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakimlər briqadası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyununa təyinat alıb.

 YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 13-də Avstriyada keçiriləcək “LASK” – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.