logo

Qırğızıstanın sabiq prezidenti təslim olub

19:47 08-08-2019 | icon 2688
Qırğızıstanın sabiq prezidenti təslim olub

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev yaşadığı Koy-Taş kəndindəki iqamətgahında xüsusi təyinatlılara təslim olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu haqda sabiq prezidentin qərargahından məlumat veriblər. A.Atambayevin tərəfdarları sabiq dövlət başçısının maşınının iqamətgahdan çıxmasının qarşısını almağa çalışıblar. Lakin xüsusi təyinatlılar onu arxa qapıdan çıxara biliblər. Ərazidə aramsız olaraq güllə səsləri eşidilib.

Xatırladaq ki, dünən axşamdan başlayan əməliyyat bir az əvvəl başa çatıb və əməliyyatda təxminən 80 nəfər yaralanıb.

Verilən məlumatda keçmiş prezidentin tərəfdarlarının Bişkekdə aksiyalar keçirməyə hazırlaşdıqları bildirilir.

Bir qədər əvvəl "Nastoyaşeye vremya" agentliyi tərəfindən yayılmış videoda görünür ki, təslim olmazdan əvvəl Atambaev xüsusi təyinatlı dəstənin rəisindən tələb edir ki, onun tərəfdarlarına güllə atmasınlar.

Atambayev yalnız buna zəmanət aldıqdan sonra təslim olmağa razı olur.

Bundan əlavə, Qırğızıstanın sabiq prezidenti ondan çox odlu silah olan sursat anbarını təhlükəsizlik qüvvələrinə şəxsən təhvil verir.