logo

Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapıldı

14:20 08-08-2019 | icon 2436
Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu ərazisində dənizdə batan uşağın cəsədinin tapılması ilə bağlı məlumat yayıb.

YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

Qeyd edək ki, 11 yaşlı  Polad Həsənov Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini olub.