logo

Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir

13:52 08-08-2019 | icon 2674
Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir

Ukrayna prezidenti Vladimir Zelenski qumar oyunlarını, xüsusilə beşulduzlu hotellərdə kazinoların fəaliyyətini qanuniləşdirmək niyyətindədir.

YeniAvropa xəbər verir  ki, V.Zelenski bunu İstanbulda keçirilən Ukrayna-Türkiyə biznes forumunda bəyan edib.

"Biz qumar oyunlarını, yəni beşulduzlu otellərdə kazinoların fəaliyyətini qanuniləşdiririk. Bu, Qara dəniz regionunda turizmin inkişafına təkan verəcək”, - deyə Ukrayna prezidenti əlavə edib.

O bildirib ki, Qara dəniz ölkələri bölgədə turizmin inkişafı üçün birlikdə çalışmalıdırlar.