logo

Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş şəxs saxlanılıb

12:30 08-08-2019 | icon 2555
Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş şəxs saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsi tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, avqustun 7-də Xidmətin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş bu ölkə vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb. Zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.