logo

Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib

11:09 08-08-2019 | icon 2450
Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib

2019-cu ildə Səudiyyə Ərəbistanına həcc ziyarətinə xaricdən gələn zəvvarların sayı 1 838 339 nəfərə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Krallığın baş pasport-viza xidmətinin baş direktoru Süleyman ibn Əbdül Əziz əl-Yahya mətbuata açıqlamasında bildirib. 

Onun sözlərinə görə, xarici ölkələrdən zəvvarların həcc ziyarətinə gəlməsi prosesi artıq başa çatıb.Zəvvarlardan 1 725 455 nəfəri hava, 95 634-ü avtomobil və 17 250-si dəniz yolu ilə ölkəyə daxil olub.